“Vatanım Sensin”dən izləyiciləri duyğulandıran fraqman

Türkiyənin ən çox izlənən seriallarından biri olan “Vatanım Sensin”in yeni bölüm fraqmanı yayımlanıb.

Yenicag.az xəbər verir ki, 49-cu bölümü ilə izləyicilərinin qarşısına çıxacaq serialda Flippos Hilalı aradan götürmək üçün hazırladığı planı işə salacaq. Cevdet isə Mehmet Akif Ərsoyla birlikdə xalqın ürəyindən qorxu hissini söküb, atmağa çalışacaq.

Yunanlar xalqı səsvermədən çəkindirmək üçün əllərindən gələni etsələr də, istəklərinə nail ola bilməyəcəklər.

Mehmet Akif Ərsoy məsciddə xalqı cəsarətləndirəcək, bu vaxt radiodan ilk dəfə “İstiqlal marşı” səsləndiriləcək.

Fraqmanı təqdim edirik: