Türkiyənin məşhur serialı “Vatanım Sensin”nin aktyoru çətin vəziyyətlə üzləşib.
Yenicag.az xəbər verir ki, serialda “Dağıstanlı” rolunu canlandıran aktyor Ufuk Bayraktar gecə saatlarında benzini bitdiyindən yolda qalıb.
Polisə zəng edən aktyor onların köməkliyi ilə yanacaqdoldurma məntəqəsinə gedib. Burada pul qabını unutduğunun fərqinə varan aktyor polisdən borc istəyib.