!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Vaxt var idi ÇL-nın finalına televizordan baxırdım" - Məhəmməd Salah

!Reklam – Yazi

Bu gün Çempionlar Liqasının qalibi bəlli olacaq.

Yenicag.az xəbər verir ki, Kiyevdə keçiriləcək finalda “Liverpul” və “Real” klubları münasibətlərə aydınlıq gətirəcək.

Qarşılaşmadan öncə İngiltərə təmsilçisinin ulduz futbolçusu Məhəmməd Salah UEFA-nın rəsmi saytına verdiyi müsahibədə maraqlı açıqlamaları ilə yadda qalıb.

O, finaldan öncə həyəcanlı olduğunu bildirib: “Fikrimi necə izah edəcəyimi bilmirəm. Çempionlar Liqasının finalında qələbə heç nəyə bənzəməz. Həyəcanlıyam. Mən arzuma çatmışam. Klubda və şəhərdə hamı bu oyunu gözləyir. Yadımdadır, vaxt vardı bir neçə il əvvəl mən finala, stadiodakı abu-havaya Misirdə televizorda baxırdım”.

Misirli futbolçu açıqlamasında “Real”ın təcrübəsindən də söz açıb:

“Onlar ÇL-i hamıdan çox udublar. Son 4 ildə isə 3 dəfə bu mükafatı qazanıblar. Təcrübəsi çoxdur. Amma final iki deyil, bir oyundan ibarətdir. Ona görə də biz oyuna köklənib keçmişə baxmamalıyıq. Oyun başlayanda hamı bu fikirlə barışır ki, hər iki komandanın heyətində 11 futbolçu var”.

Qeyd edək ki, “Real” və “Liverpul” arasındakı ÇL-in final oyunu bu gün Bakı vaxtı ilə saat 22.45-də başlanacaq.

www.yenicag.az

2880
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv