“Nə qədər çox addım atsanız, sağlamlığınız üçün bir o qədər yaxşıdır”.
Yenicag.az xəbər verir ki, vaxtından əvvəl baş verən ölüm riskini azaltmaq üçün Avropa Kardiologiya Cəmiyyətinin redaktor köməkçisi, aparıcı müəllif Masiej Banak insanlara bir sıra tövsiyələr verib.
O, bildirib ki, gündə cəmi 4000 addım atmaq vaxtından əvvəl ölüm riskini azalda bilər:
“Nə qədər çox addım atsanız, sağlamlığınız üçün bir o qədər yaxşıdır. Gündə ən azı 4000 addım yerimək erkən ölüm riskini əhəmiyyətli dərəcədə azaldır. Gündə 2337 addım atmaq isə ürək-damar xəstəliklərindən ölüm riskini demək olar, mənfiyə endirir.
Bir araşdırmaya görə, gündə 5000-dən az addım atmaq oturaq həyat tərzi hesab olunur. Bu məşq birbaşa ürək-damar sisteminə təsir edir. Həkimlərin tez-tez xəstələrinə məsləhət gördüyü ən vacib şey gündə ən azından bir neçə dəqiqə açıq və təmiz havada addımlamaqdır.
Avstraliya, Yaponiya, Norveç, İspaniya, Böyük Britaniya və ABŞ-da aparılan 17 tədqiqatdan təxminən 227 000 nəfərin məlumatları təhlil edilib. Araşdırma nəticəsində məlum olub ki, 20.000 addım atanlar ən çox faydanı görənlərdir”.
Nəsimi Ələsgərli