“VAZ” dirəyə çırpıldı – Ölən var

Zaqatala rayonunun Əliabad qəsəbəsində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Yenicag.az FHN-ə istinadən verdiyi məlumata görə, nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Zaqatala rayonunun Əliabad qəsəbəsində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1983-cü il təvəllüdlü Gülməmmədov Tural Məmməd oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.