Gədəbəy rayonunun Gər-Gər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, fevralın 22-də saat 17 radələrində Gədəbəy rayonunun Gər-Gər kəndi ərazisində kənd sakini Taleh Rəsulovun idarə etdiyi “VAZ-21015” və Arıqdam kənd sakini A.Qarayevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Rəsulov orada ölüb.
Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.