“VAZ” külə döndü

Daşkəsəndə “VAZ” yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, rayonda “VAZ” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.