Müğənni Tacir Şahmalıoğlunun 7 il müəllimlik etdiyi həmkarı Vəfa Şərifovaya səslənərək, “Belə maşın alansansa, birini də 7 illik müəlliminə al” ismarışına cavab özünü çox gözlətməyib.
Yenicag.az xəbər verir ki, Vəfa qarşı tərəfin dediklərini təkzib edib. O, “Xəzər axşamı” verilişində bu məsələyə aydınlıq gətirib:
“Vaxtilə, yəni 16 il əvvəl aldığım dərs üçün İntiqam müəllimə ödəniş etmişəm. O gündən bu yana bir ətir belə, alıb ona hədiyyə etməmişəm. Tacir müəllimi çox istəyirəm, toyu ondan öyrənmişəm, amma qadınların ağzından eşitdiyi o sözlərlə çıxıb danışmağı ona yaraşdırmadım. Çətinlikləri olarsa, yanında olaram, amma maşallah olsun, qazanır da… Fitnəyə getmək lazım deyil”.
Sənətçi bu fitnənin arxasında xanım rəqibinin dayandığını bildirib.
Qeyd edək ki, Tacir Şahmalıoğlu tələbəsi Vəfanın yeni müəllimi İntiqam Kərimova avtomobil aldığını, kart hesabına pul köçürdüyünü açıqlayıb:
“Demirəm ona niyə almısan? Niyə pul vermisən? Yaxşı eləmisən. Amma belə edənsənsə, 7 illik müəlliminə niyə etmirsən?”
Cəvahir