Müğənni Vəfa Şərifovanın İnstaqram səhifəsi bərpa olunub.
Yenicag.az xəbər verir ki, bu barədə ifaçının sosial şəbəkə hesabında bildirilib.
Qeyd edək ki, Vəfa Şərifovanın 1,6 milyon izləyicisi olan İnstaqram səhifəsi oğurlanmış, orada donuz fotoları paylaşılmışdı. Həmkarı Şəbnəm Tovuzlu ilə mahnı qalmaqalı yaşayan Vəfa bu işdə onu günahlandırmışdı.