!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vəfa” Sosial İctimai Birliyinin təşkilatçılığı ilə xeyriyyə mərasimi keçirildi

!Reklam – Yazi

1473949155_6Sentyab­rın 13-də “Və­fa” So­si­al İc­ti­mai Bir­li­yi­nin təş­ki­lat­çı­lı­ğı ilə 6 im­kan­sız ai­lə­nin öv­la­dı üçün sün­nət mə­ra­si­mi ke­çi­ril­di. Mə­ra­sim Xır­da­lan şə­hə­rin­də yer­lə­şən “Sul­tan” şad­lıq sa­ra­yın­da baş tut­du.

“Və­fa” So­si­al İc­ti­mai Bir­li­yi­nin ke­çir­di­yi xey­riy­yə təd­bi­rin­də ta­nın­mış şəxslər də iş­ti­rak edir­di. On­la­rın ara­sın­da mil­lət və­ki­li Adil Əli­yev, “Ba­kı-Xə­bər” qə­ze­ti­nin baş re­dak­to­ru Ay­dın Qu­li­yev, Ab­şe­ron İc­ra Ha­ki­miy­yə­ti­nin nü­ma­yən­də­lə­ri, QHT təm­sil­çi­lə­ri, me­dia nü­ma­yən­də­lə­ri və sün­nət olu­nan uşaq­la­rın ai­lə­lə­ri var­dı.
Xey­riy­yə təd­bi­ri Azər­bay­can Döv­lət Him­ni­nin səs­lən­di­ril­mə­si­lə açıq elan olun­du.
Təd­bi­ri gi­riş sö­zü ilə açan “Və­fa” So­si­al İc­ti­mai Bir­li­yi­nin tə­sis­çi­si Və­fa Əsə­do­va mə­ra­sim­də iş­ti­rak edən hər kə­si sa­lam­la­dı. O be­lə bir təd­bi­rin ke­çi­ril­mə­si­nin ma­hiy­yə­ti ba­rə­də mə­lu­mat ver­di və qeyd et­di ki, rəh­bər­lik et­di­yi təş­ki­lat im­kan­sız ai­lə­lə­rin və­ziy­yə­ti ilə ma­raq­la­nıb: “Hə­min ai­lə­lə­rin so­si­al və­ziy­yə­ti­ni araş­dı­ran­dan son­ra be­lə qə­ra­ra gəl­dik ki, on­la­rın öv­lad­la­rı üçün sün­nət mə­ra­si­mi ke­çi­rək. Sün­nət olu­na­caq uşaq­la­rın bə­zi­si ata­sız­dır. Ai­lə baş­çı­sı ol­ma­yan qa­dın­la­ra dəs­tək ol­maq üçün be­lə bir işə baş­la­dıq. Bu iş­də bi­zə təş­ki­la­tı­mı­zın üzvlə­ri dəs­tək ol­du. Sün­nət olu­na­caq uşaq­lar­dan ən ki­çi­yi 8 ay­lıq­dır, bö­yü­yü­nün isə 13 ya­şı var”.
V.Əsə­do­va xey­riy­yə təd­bi­ri­nin ke­çi­ril­mə­sin­də on­la­ra dəs­tək olan “Sul­tan” şad­lıq sa­ra­yı­na və onun rəh­bə­ri Anar Məm­mə­do­va tə­şək­kür et­di.
Xey­riy­yə təd­bi­rin­də iş­ti­rak edən mil­lət və­ki­li Adil Əli­yev “Və­fa” So­si­al İc­ti­mai Bir­li­yi­nin tə­sis­çi­si­nə və rəh­bə­ri Fa­ti­mə Ha­cı­bəy­li­yə tə­şək­kür edə­rək bil­dir­di ki, on­lar bu işi gör­mək­lə mad­di və­ziy­yə­ti ağır olan ai­lə­lə­rə da­yaq ol­du­lar: “Xal­qı­mı­zın mil­li adət-ənə­nə­lə­ri­nə uy­ğun ola­raq az­tə­mi­nat­lı ai­lə­lə­rin öv­lad­la­rı­nın sün­nət mə­ra­si­mi­nin ke­çi­ril­mə­si təq­di­rə­la­yiq­dir. Bu iş­də əmə­yi ke­çən hər kə­sə tə­şək­kür edi­rəm. Sün­nət olu­na­caq kör­pə­lə­rə can sağ­lı­ğı, xoş­bəxtlik ar­zu­la­yı­ram. Va­li­deynlə­ri­ni isə bu mü­na­si­bət­lə təb­rik edi­rəm”.
“Və­fa” So­si­al İc­ti­mai Bir­li­yi­nin rəh­bə­ri Fa­ti­mə Ha­cı­bəy­li çı­xış edə­rək qeyd et­di ki, təş­ki­lat be­lə bir xey­riy­yə iş­lə­ri­ni gör­mək­də da­vam edə­cək: “Uşaq­la­rın sün­nət mə­ra­si­mi Əj­dər Mə­li­kov adı­na 6 say­lı şə­hər xəs­tə­xa­na­sın­da baş tu­ta­caq. 8 gö­zəl ba­la sün­nət olu­na­caq. Uşaq­la­rı sün­nət edə­cək hə­kim Oruc Şə­fi­yev­dir. Biz ona da öz tə­şək­kü­rü­mü­zü bil­di­ri­rik ki, bu iş­də bi­zə dəs­tək ol­du”.
Şəb­nəm Na­i­li və Həm­zə Məm­məd­li­nin apa­rı­cı­lı­ğı ilə ke­çi­ri­lən təd­bir­də Vü­qar Mu­ra­dov, Tu­ral Əzi­mov, İra­də Meh­ri, “Gi­la­var” və “N brot­rers” qru­pu iş­ti­rak edir­di. Mü­ğən­ni­lər səs­lən­dir­di­yi şən mah­nı­lar­la mə­ra­sim­də iş­ti­rak edən­lə­ri əy­lən­dir­di­lər.
Qeyd edək ki, xey­riy­yə təd­bi­rin­də “Və­fa” So­si­al İc­ti­mai Bir­li­yi­nin üz­vü Asif Qa­sı­mo­vun əl iş­lə­rin­dən iba­rət sər­gi də təş­kil olu­nub.

 

www.yenicag.az

903
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv