Vəfa Zeynalovanın qızının toyu oldu – FOTOLAR / VİDEO 

Əməkdar artist Vəfa Zeynalovanın qızı Səbinə Rzayeva ailə həyatı qurub.

Yenicag.az xəbər verir ki, toy mərasimi “Neolit” şadlıq sarayında baş tutub.

Toyda Xalq artistləri Nurəddin Mehdixanlı, Sənubər İsgəndərli, Bəsti Cəfərova, Flora Kərimova, Cəfər Namiq Kamal, Naibə Allahverdiyeva, Əməkdar artistlər Anar Heybətov, Coşqun Rəhimov, Rafael İsgəndərov, Elza Seyidcahan, müğənnilər Yaşar Yusub, İzzət Bağırov, Sevda Yəhyayeva, Nadir Qafarzadə, Günay İbrahimli, Kərimov Abbasov  və digər sənətçilər  iştirak ediblər.

Qeyd edək ki, Səbinə Rzayeva modellik edir. O, həyat yoldaşı ilə dörd il əvvəl Almaniyada tanış olub.

Gülşən Şərif