VƏHŞİLİK: İti bellə döydülər – VİDEO 

Azərbaycanda itə qarşı vəhşilik ediblər. 

Yenicag.az xəbər verir ki, görüntülər sosial şəbəkədə yayılıb.

Belə ki, hələlik kimliyi məlum olmayan şəxs avtomobilin qarşısında yatan itə bel ilə ağır zərbə vurur. Görüntülər sosial şəbəkədə hiddətlə qarşılanıb.

Avtomobilin seriya nömrəsinə görə, ilkin ehtimal kimi hadisənin Qusar rayonunda qeydə alındığı iddia edilir.

Həmin görüntüləri təqdim edirik: