!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vəkillər “əsassız vəsatət”ə görə cərimələnirlərsə, qanunsuz hökm çıxaran hakimlər niyə cəzalandırılmır?” - ETİRAZ

!Reklam – Yazi

“Müxtəlif sahələr üzrə cərimə və rüsumları artırmaqla dövləti irəli aparmaq mümkün deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin iyulun 9-da keçirilən iclasında İnzibati-Prosessual və Mülki-Prosessual məcəllələrinə təsdiqlənən dəyişiklikləri dəyərləndirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.

Onun sözlərinə görə, məhkəmədə vəsatət qaldırmağa görə vəkilin cərimələnməsi absurddur:

“Çox təəssüf ki, hakimiyyət effektli siyasət yürütmək əvəzinə, yenə də dövlət büdcəsini cərimə və rüsumları artırmaq hesabına doldurmaq yolunu tutub. İndi guya hakimiyyətin içində yeni komanda var və onlar fərqli metodlarla işləyirlər. Reallıqda isə heç bir ciddi iş görmürlər. Əslində, bütün sahələrdə strateji baxımdan zəruri və təsirli siyasət yürüdülməlidir.

Həmin məcəllələrə edilən dəyişikliyə gəldikdə isə, vəkilin məhkəmədə vəsatət qaldırmağa görə cərimələnməsi absurddur, gülməlidir. Vəkil tərəf deyil, o sadəcə, müdafiənin təşkilini həyata keçirir. İndi bu dəyişiklik əsasında müdafiə institutunu zəiflətmək olmaz. Dünyanın heç bir ölkəsində belə hal yoxdur.

Yaxşı, əgər vəkillər “əsassız vəsatət”ə görə cərimələnirlərsə, o halda qanunsuz hökmlər çıxaran, əsassız qərarları ilə insanların taleyini məhv edən hakimlər niyə cəzalandırılmır? Bunu dərk etmək lazımdır ki, müxtəlif sahələr üzrə cərimə və rüsumları artırmaqla dövləti irəli aparmaq mümkün deyil”.

A.Zeynalov

www.yenicag.az

811
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv