Vəkillər pulsuz xidmət göstərəcək – Bir gün

Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarına əsasən, vəkillərin peşə bayramı günü münasibətilə 30 iyul tarixində saat 09:00-18:00-da vəkil qurumlarına müraciət edən bütün şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcək.

Vəkillər Kollegiyasından Yenicag.az-a verilən məlumata görə, bununla bağlı qeyd olunan tarixdə istənilən şəxs ölkə ərazisində fəaliyyət göstərən vəkil qurumlarına müraciət edərək ödənişsiz hüquqi yardımdan faydalana bilər.