Vəli Hüseynov vəzifəsindən azad edildi – SƏRƏNCAM/FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini Vəli Hüseynov vəzifəsindən azad olunub.

Yenicag.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Vəli Allahverdi oğlu Hüseynov Ali Attestasiya Komissiyasının sədr müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, V.Hüseynov 2010-cu ildən bu vəzifədə çalışırdı./Report/

COP29