Vəliyevlərin Goranboy planı – Özəl

elmar-genceMüstəqim Məmmədov icra başçısı olmaq üçün gün sayır

 

Gəncə qubernatoru Elmar Vəliyevin Yevlaxdakı “sağ əli” Müstəqim Məmmədov hər gün AzTV xəbərlərini izləyir. Belə ki, o, hər an təyinat alacağını gözləyir. Yevlaxdan Azərinfo.org-a daxil olan məlumata görə, rayon icra başçısının müavini, şəhər təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışan M.Məmmədov Vəliyevlərin xeyir duası ilə yaxın zamanlarda icra başçısı vəzifəsinə göndəriləcək.

Müstəqim Məmmədovun işi Yevlax şəhərində olsa da, başçının müavini bir ayın 20 gününü Gəncə şəhərində Yelmar Vəliyevin qulluğunda dayanır. Mənbəmiz bildirir ki, Gəncə şəhərində ala qapıların və parkların yenidən təmiri işlərində ən çox gözə çarpan şəxs məhz Müstəqim Məmmədov olub. Belə ki, Yelmar Vəliyev şəhərədki abadlıq işlərinin görülməsinin cavabdehliyini keçmiş müavininə həvalə edib.

O da bildirilir ki, hər gün Yevlaxda 4 avtobus işçini Gəncəyə göndərən Müstəqim Məmmədov Yelmar Vəliyevin ümidlərini doğruldub. Məhz buna görə də Müstəqim Məmmədov Vəliyevlərin köməkliyi ilə qonşu rayonlardan birinə icra başçısı getmək istəyindədir. Doğrudur, o, Yevlaxda faktiki olaraq, icra başçılığı edir və Qoca Səmədov onsuz addım atmır. Lakin o, bununla kifayətlənmək istməir.

Müstəqim Məmmədovun Goranboy rayon icra hakimyyətinə təyinat alacağı bildirilir. Məlumatlı şəxs qeyd edir ki, Gəncəbasar ərazisində Goranboy rayonu Vəliyevlərin idarəçilik sistemindən kənarda dayandığı üçün məhz bu rayonuda öz nəzarətlərinə keçirtmək qərarın gəliblər.

Ən uyğun namizəd olaraq da Müstəqim Məmmədovun üzərində dayanılır.

Qeyd edək ki, Müstəqim Məmmədov bir müddət öncə vəzifə səlahiyyətləri ilə bağlı suala “Deyəsən, sənin konturun çoxdur”  kobud cavabını verməsi ilə gündəmə gəlmişdi.

 

COP29