Velosiped sürənlərə telefondan istifadə qadağan edildi

Hollandiyada velosiped sürənlərə telefondan istifadə etmək qadağan edilib.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin İnfrastruktur və Su İşləri Nazirliyini məlumat yayıb.

Məlumatda bildirilib ki, bu gündən etibarən velosiped sürərkən telefon, “planşet”, musiqi “pleyer”i və kamera kimi digər elektron əşyalardan istifadə qadağan edilir. Məlumatda qaydaya əməl etməyənləri 95 avro cəza gözlədiyi də qeyd edilib.