Velosiped və elektron skuterlərin qiymətləri necədir? – 3-4 min manat… – VİDEO

Paytaxtın mərkəzi küçələrində velosiped və skuterlər üçün nəzərdə tutulan zolaqlar çəkildikdən sonra sözügedən nəqliyyat vasitələrinə tələbat dəyişibmi? Ümumiyyətlə, skuter və velosipedlərin qiymətləri hansı aralıqdadır?

Yenicag.az xəbər verir ki, bu barədə Xəzər TV süjet hazırlayıb.

Velosiped satışı ilə məşğul olan Seymur İsmayılov deyir ki, soyuq havalarda bu nəqliyyata tələbat azalır. Qiymətlərdə isə demək olar ki, artım yoxdur:

“Uşaq üçün olan velosipedlər, məsələn, 2-4 yaş aralığında olanlar üçün 80 manatdan başlayır. Hər qiymətə – 60 manata, 80 manata da var, velosipedlər bu qiymətlərdən başlayır. 20-lik velosipedlər 90-95 manatdan, 24-lük 300 manatdan başlayır. Mağazamızda 1500-2000 manata da velosiped satılıb. Özüm şəxsən 3 minə də, 4 minə də satmışam”.

Satıcı Əli Hüseynovun sözlərinə görə isə, elektron skuterlərdən soyuq havalarda da istifadə edənlər az deyil. Qiymət aralığı isə skuterin brendinə, sürətinə və funksiyalarına uyğun olaraq dəyişir:

“Azyaşlı uşaqlar üçün elektron skuterlər 300 manatdan başlayır. 500 manata qədər qiymətlər olur, qalxır. Böyüklər üçün 580 manatdan başlayır. Qiymətlər qət elədiyi məsafəyə görə, sürətinə görə dəyişir. Hazırda ən bahalı skuterin qiyməti 1450 manata yaxındır”.

COP29