Velosiped yarışında bədbəxt hadisə: Başına səs qurğuları düşən idmançı öldü

Braziliyanın Bayanopolis şəhərində keçirilən velosiped yarışında ürəkağrıdan qəza baş verib.

Yenicag.az xəbər verir ki, 30 yaşlarında iki uşaq anası olan velosipedçi Jaiane Oliveyra finiş xəttinə çox yaxın olduğu vaxtda dünyasını dəyişib.

Yarışın son anlarında Jaianenin velosipedini başqa bir rəqib vurub. Bu toqquşmanın təsirindən Jaiane trekin kənarında dayanan səs sistemi yük maşınına çırpılıb. Zərbənin gücü ilə yük maşınındakı iri dinamiklərdən biri Jaianenin üzərinə düşüb.

Hadisə yerində olan tamaşaçılar dərhal köməyə qaçıblar. Onlar Jaianeyə ilk tibbi yardım göstərməyə çalışıblar. Təcili olaraq xəstəxanaya çatdırılan Jaianeni ağır kəllə-beyin travması səbəbindən xilas etmək mümkün olmayıb.

Qəzanın görüntüləri sosial mediada paylaşılıb, lakin görüntülərin çox hissəsi narahatedici hesab olunduğu üçün dərc olunmayıb. Yerli polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Lakin qəzaya qarışan səs sistemi yük maşınının hadisə yerindən qaçdığı bildirilib.

İsmayıl Bakuvi

COP29