Vençur fondu 3 startapa investisiya qoydu

Azərbaycanın ilk vençur fondu olan “Caucasus Ventures” artıq azərbaycanlı təsisçilərə məxsus 3 startapa investisiya qoyub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən Yenicag.az-a verilən məlumata görə, bunu qurumun sədr əvəzi İnarə Vəliyeva bildirib.

Onun sözlərinə görə, daha 6 startap izləmə mərhələsindədir.

“Eyni zamanda, agentliyin dəstəklədiyi “Technovate” mələk investorlar klubu ilk dəfə 125 min ABŞ dolları dəyərində investisiya həyata keçirib”, – deyə sədr əvəzi qeyd edib.

“Caucasus Ventures” 11 milyon manat nizamnamə kapitalına malikdir. Fondun təsis paylarının 44 %-i dövlətə məxsusdur.