“Venesiyaya” çevrilən Sahil qəsəbəsi-FOTO

20151016-170520linkQaradağ rayonunun Sahil qəsəbəsi su altında qalıb.Tia.az-ın məlumatına görə, bu gün Bakıya azca yağan yağış qəsəbəni Venesiyaya çevirib. Sakinlər qəsəbənin Noterdan küçəsində hazırkı real vəziyyəti əks etdirən mənzərənin fotolarını yayıblar.

Sahil camaatı küçələrin su altında qalmasınının günahını rayon rəhbərliyində görüblər. Onların sözlərinə görə, Qaradağın icra başçısı Süleyman Mikayılovun yarıtmaz idarəçiliyi nəticəsində qəsəbə yolları acınacaqlı vəziyyətə düşüb.

Sahilin yolları elə bir çala-çuxur, kələ-kötür vəziyyətə salınıb ki, yerə yağış dəyər-dəyməz bərbad hala düşür. İcra başçısından narazılıq edən sakinlər bildiriblər ki, təyin olunduğu vaxtdan S.Mikayılov əhali üçün heç bir problem həll etməyib. Sakinlər bildirirlər ki, Noterdan küçəsində hər yağış yağanda yollar fəlakətli vəziyyətə düşür. TİA.AZ olaraq S.Mikayılovun viran qoyduğu Sahildən, yəni Venesiyaya çevrilən qəsəbədən fotoları təqdim edirik:

20151016-132529 20151016-132535 20151016-132540