Venesuela Prezidenti Türkiyəyə səfər edəcək

Venesuela Prezidenti Nikolas Maduro mayın 7-də Türkiyəyə səfər edəcək.

Yenicag.az TRT-yə istinadən xəbər verir ki, Maduro səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Görüşdə iqtisadi əlaqələr başda olmaqla, ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək.