Venesuelanın şimalında və qərbində, əsasən də Taçira, Merida və Karabobo ştatlarında elektrik kəsintisi baş verib.
Bu barədə “Netbloks” monitorinq saytı məlumat yayıb.
“Venesuelada yerli vaxtla axşam saat 9-da Taçira, Zuliya, Merida, Karabobo və Falkon ştatlarında kütləvi elektrik kəsintisi baş verib. Elektrik kəsintisi hələ də davam edir”, – məlumatda bildirilib.
“Netbloks”un məlumatına görə, ölkənin 23 ştatının 16-da elektrik kəsintisi baş verib. Taçira (14%), Merida (23%) və Karabobo (45%) ştatlarında elektrik enerjisinin verilişi qismən bərpa edilib. Elektrik enerjisinin kəsintisi ölkədə internetlə bağlı problemlərə yol açıb.
Ekspertlər elektrik enerjisinin kəsintisinə infrastruktura qoyulan investisiyaların azlığının və avadanlıqların köhnəlməsinin səbəb olduğunu göstərirlər.