Venesuelanın Los-Tekes şəhərində etiraz aksiyası iğtişaşlarla nəticələnib.
Yeniçağ.Az-ın “APA”-ya istinadən verdiyi məlumata görə, ən azı 30 nümayişçi saxlanılıb.
Aprelin 12-də ölkənin şimal-qərbindəki Lara ştatında etiraz aksiyaları zamanı 5 nəfər ölüb, 10-dan çoxu yaralanmışdı.
Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Martın sonunda Venesuela Ali Məhkəməsi prezidentə parlamentlə məsləhətləşmədən qərar qəbul etmək səlahiyyəti vermişdi. Hazırda qərar ləğv edilsə də, müxalifətçilər Ali Məhkəmə üzvlərinin istefasını tələb edirlər.
Yeniçağ.Az