Venesuelada ölkə prezidenti Nikolas Maduronun istefası tələbi ilə kütləvi nümayişlər keçirilir.
Yenicag.az apa-ya istinadən bildirir ki, etirazlara səbəb ölkədə güclü iqtisadi böhranın davam etməsidir.
Əhali ət, süd, şəkər və gündəlik tələbat mallarının çatışmamazlığından əziyyət çəkir. Son sorğulara əsasən, prezident Maduronun reytinqi 22%-ə düşüb.
Qeyd edək ki, Venesuelada hakimiyyət əleyhinə keçirilən etiraz aksiyaları artıq 1 ilə yaxındır ki davam edir.