Venesuelada hökumətə qarşı etirazlar başlanandan 1300-ə yaxın insan saxlanılıb.
Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bu barədə özünün “Tvitter” səhifəsində yerli hüquq müdafiəçisi Alfredo Romero yazıb.
“Aprelin 4-dən bu günədək etiraz aksiyalarında iştiraka görə 1289 nəfər tutulub”, A.Romero qeyd edib.
Bundan əvvəl 585 nəfərin saxlanıldığı bildirilirdi. Son üç həftə ərzində Venesuelada baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Martın sonunda Venesuela Ali Məhkəməsi prezidentə parlamentlə məsləhətləşmədən qərar qəbul etmək səlahiyyəti vermişdi. Hazırda qərar ləğv edilsə də, ölkədə iğtişaşlar səngimək bilmir.
Yeniçağ.Az