Venesuelada Maduronun tərəfdarları parlamentə hücum edib: yaralananlar var

Venesuelanın paytaxtı Karakasda prezident Nikolas Maduronun bir qrup tərəfdarı iyunun 23-ü ölkə parlamentinin binasına hücum ediblər.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Konstitusiya Assambleyasının çağırılmasına qarşı aksiya keçirən parlamentin əməkdaşları Maduronun tərəfdarlarının hücumuna məruz qalıb.

Məlumata əsasən, hücum nəticəsində 4 nəfər yaralanıb və parlamentin binasına maddi ziyan dəyib.

Qeyd edək ki, parlament hökumətin konstitusiyaya dəyişikliklər hazırlanması üçün iyulun 30-da planlaşdırılan təsis yığıncağının çağırılmasına qarşı çıxır.

Yenicag.az

COP29