Venesuela Hərbi Hava Qüvvələrinə məxsus Su-30 qırıcısı qəzaya uğrayıb.
Yenicag.az-ın xəbərinə görə, Bolivar Respublikasının kommunikasiya naziri Xorxe Rodriqes hadisə nəticəsində hər iki pilotun həlak olduğunu bildirib.
Qəza ölkənin mərkəzi hissəsində, Quariko ştatında baş verib.
Qəzanın baş vermə səbəbləri araşdırılır.