Venesuelada Su-30 təyyarəsi qəzaya uğradı – Polkovnik öldü

Venesuelada təlim uçuşu zamanı “Su-30” təyyarəsi qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Təyyarə Miranda ştatı üzərində uçuş zamanı qəzaya uğrayıb.

Təyyarədə yüksək rütbəli zabitlərin olduğu onlardan birinin – polkovnikin öldüyü bildirilir.