Veqan ana körpəsinin ölümündə təqsirli bilindi – Ömürlük HƏBS

ABŞ-nin Florida ştatında 18 aylıq körpə qida çatışmazlığı səbəbindən ölüb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, körpənin anası veqan olduğu üçün uşağı düzgün qidalandırmayıb, nəticədə zəifləyən uşaq ölüb.

Körpənin ölümü ilə bağlı aparılan araşdırmanın nəticəsində əldə olunmuş faktlar əsasında 39 yaşlı ananın təqsirli olduğu sübuta yetirilib və o, məhkəmə qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib.