Ötən gecə Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “Mançester Siti” ilə qarşılaşan “Şaxtyor” rəqibini 2:1 hesabı ilə məğlub edib.
Yenicag.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransına Donetsk təmsilçisinin baş məşqçisi Paulo Fonseka “Zorro” geyimində gəlib.
Oyundan öncə qələbə qazanacağı halda mətbuat konfransına “Zorro” geyimində gələcəyinə söz verən portuqaliyalı, bununla da vədinə əməl edib.
Qeyd edək ki, Ukrayna klubu 1/8 finala qrupda 12 xal yığmaqla adlayıb.