Amerika telekommunikasiya şirkəti “AvirTel” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru İsmail Şabani Kaştinin Azərbaycandan çıxışına məhdudiyyət qoyula bilər.
Yenicag.az-ın məlumatına görə, iş adamı barəsində İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Məhkəmədə vergi ödəyicisi olan İsmail Şabani Kaştinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında iddia qaldırılıb. İşə hakim Nərmin Əhmədovanın sədrliyi ilə baxlacaq.
Qeyd edək ki, 22.07.2008-ci ildə yaradılan, nizamnamə kapitalı 250000 dollar olan “AvirTel” MMC-nin qanuni təmsilçisi İsmail Şabanidir.