“Vergi daxilolmaları artıb” – Nazir açıqladı

Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 % çox – 14 milyard 593,5 milyon manat vəsait daxil olub.

Yenicag.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“O cümlədən, son 1 ildə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 19,2 % artaraq 8 milyard 387,4 milyon manata çatıb”, – deyə o qeyd edib.