Vergi güzəştlərinin ləğvindən yaranan NARAZILIQ: “Müəllimlər gəlirlərindən 14 faiz vergi ödəyirlərsə…”
“Daha böyük dövriyyəsi olan şirkətlər işləri fərdi şəxslərin adından həyata keçirirərək, vergidən yayınırdılar”.
Bu fikirləri cəmiyyətdə ciddi müzakirələrə səbəb ola Vergi Məcəlləsinə məlum dəyişikliklər haqda danışan iqtisadçı Xalid Kərimli Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, kiçik sahibkarlara münasibətdə vergi güzəştlərinin ləğv olunmasınən əsas səbəblərindən biri vergidən yayınma hallarının qarşısının alınması ilə əlaqədardır:
“Nəzərə almaq lazımdır ki, burada vergi fazinin artırılmasından yox, qüvvədə olan güzəştin ləğvindən söhbət gedir. Azərbaycanda həmişə mənfəət və gəlir vergisi iyirmi faiz olub. Yəni ümumi gəlirdən xərclər çıxıldıqdan sonra vergini ödənilir. İndiki halda hökümət minumum 3 nəfər işçisi olan və DSMF-yə borcu olmayan mikrosahibkarlar istisna olmaqla, digərlərinə 75 faizlik vergi güzəştini ləğv etdi.
Bu addımın birinci səbəbi hökümətin iş yeri yaradan sahibkarların fəaliyyətini stimullaşdırmaq istəyi ilə bağlıdır. İkincisi səbəb isə vergidən yayınma hallarının geniş yayılması olması idi. Yəni daha böyük dövriyyəsi olan şirkətlər işləri fərdi şəxslərin adından həyata keçirirərək, vergidən yayınırdılar. Hökümət isə bu addımla bellə halların qarşısını almağı düşünür.
Üçüncü səbəbə gəldikdə, 400-500 manata çalışan “JEK” əməkdaşları, yaxud 600-700 manat əmək haqqı alan müəllimlər gəlirlərindən 14 faiz vergi ödəyirlərsə, sahibkarlar niyə 5 faiz ödəməlidir? Dediyim kimi, hökümətin bu addımı ancaq iş yeri açan sahibkara güzəşt edilməsinə və vergidən yayınmanın qarşısı almağa hesablanıb”.
İsmayıl Bakuvi