“Vergi mədəniyyətinin təbliği” adlı layihə çərçivəsində maarifləndirici görüşlər keçirildi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Vergi mədəniyyətinin təbliği” adlı layihə çərçivəsində Səlyan, Xaçmaz, Şamaxı rayonları və Şirvan şəhərində maarifləndirici görüşlər keçirilmişdir.

Yenicag.az bu barədə qurumdan məlumat verilib.

Görüşlərdə regionlarda fəaliyyət göstərən sahibkarlar, müxtəlif müəssisə və təşkilatlarda çalışan mühasiblər və QHT nümayəndələri iştirak ediblər.

Keçirilən görüşlərdə “Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyinin sədri Cavid Əliyev çıxış edərək layihənin keçirilmə məqsədi və hədəfləri barədə iştirakçılara ətraflı məlumat verilib. Daha sonra vergi sahəsində ekspert Zakir Rəhim vergi məcəlləsinə edilmiş dəyişikliklər mövzusunda xüsusilə pandemiyadan zərər çəkən sahibkarlara güzəştlər barəsində iştirakçıları praktiki məlumatlandırıb. Görüşlər qarışıqlı müzakirələr formatında davam edib.

Qeyd edək ki, görüşlər mövcud karantin qaydalarının tələblərinə uyğun təşkil olunub. Layihənin sonunda daha çox şəxsin maarifləndirilməsi üçün videoçarx hazırlanması nəzərdə tutulub.