“Vergi müfəttişi mənim yerimə qanunsuz imza atıb” -Məhkəmə qalmaqalı

скачанные файлы (2)İlahiyyatçı yazar Elşad Miri Vergilər Nazirliyini məhkəməyə verib. Bu barədə Yenicag.az-a açıqlamasında E.Miri bunları söyləyib:

“Ötən həftə Vergilər Nazirliyinə qarşı iddia ərizəmə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxıldı. Hakim Əhmədov Fəqanın rəhbərliyi ilə iclas keçirildi. İclas zamanı məlum oldu ki, Vergilər Nazirliyinin müfəttişi Emin Məmmədov mənim yerimə qol çəkib. İmzanı heç olmasa mənim imzama oxşatsa dərd yarı idi. Başqa imza çəkib. Hakim soruşur ki, sizin imzanız deyil? Deyirəm ki, ümumiyyətlə, heç oxşarlığı da yoxdur…
Sonra da auditimizə zəng edib deyir ki, nə olardı öz boynuna götürsəydin?

Evimdən oğurluq edildi. Üzərindən 8 ay vaxt ötməsinə baxmayaraq heç bir irəliləyiş yoxdur. Bir Gürcüstan vətəndaşının boynuna atmaq istədilər, amma sübut tələb etdiyim üçün məsələdə havada qaldı. İndi də rəhbərlik etdiyim şirkətimdən dövlətin adından istifadə edənlər oğurluq etmək istəyirlər, amma buna imkan verməyəcəm. Bu qədər saxtakarlıq olmaz… Bu qədər oğurluq olmaz”.

Rəşad
Yenicag.az