Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Vergi orqanlarında işləmək istəyənlər üçün TEST İMTAHANI

Dövlət İmtahan Mərkəzi (DİM) Vergilər Nazirliyi ilə birgə 2019-cu il martın 30-da “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

DİM-dən Yenicag.az-a verilən məlumata görə, namizədlər 27-29.03.2019-cu il tarixdə (saat 10:00-dan 18:00-dək) “İmtahana buraxılış vərəqəsi”ni Vergilər Nazirliyinin inzibat binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər.

İmtahan saat 11:00-da başlayır və Bakı şəhərində 5 binada təşkil olunacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

İmtahanların idarə olunmasına 15 imtahan rəhbəri və 147 nəzarətçi-müəllim cəlb olunacaq.

İmtahanda iştirak etmək üçün 1544 namizəd qeydiyyatdan keçib.

İmtahanda namizədə qanunvericilik və ixtisas üzrə 80 və məntiqi nəticə çıxarma qabiliyyətinin müəyyən edilməsi üçün 20 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunur. Müsabiqənin test imtahanı mərhələsinin mövzularını (məntiq üzrə suallar istisna olunmaqla) özündə əks etdirən ədəbiyyat siyahısı Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsinin müvafiq altbölməsində yerləşdirilib.

İmtahan 3 sааt dаvаm еdəcək. Hər suаl 1 bаllа qiymətləndirilir. İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.

www.yenicag.az

7715