!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Vergi və gömrük rüsumlarına ciddi dəyişikliklərin edilməsi vacibdir" - ŞƏRH

!Reklam – Yazi

Avropa Birliyinə daxil olan ölkələrdə 2025-ci ilə kimi benzin və dizel yanacağı ilə işləyən avtomobillər satış və istismardan yığışdırılacaq. Bu yanacaqla işləyən maşınların satışı qadağan olunacaq. 2035-ci ildən bu ölkələrdə hibrid maşınlardan istifadəyə icazə verilsə də, əsasən, elektrokarlara daha çox üstünlük veriləcək. Azərbaycan bazarında isə hibrid avtomobillərin sayı illik müqayisədə 2.5 dəfə artıb.

Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında bildirib ki, avtomobil parkında elektrokarların üstünlük təşkil etməsi müsbət hal olsa da, Azərbaycanda bu prosesin baş tutmasına uzun illər lazımdır:

“Avropa Birliyinə daxil olan ölkələrdə 2025-ci ilə kimi avtomobil parkında nəzərdə tutulan yeniliyin necə təşkil olunacağı bir qədər şübhə altındadır. Xüsusilə Şərqi Avropa ölkələrində avtomobilləşmə daha sürətlə getdiyi halda, Qərbi Avropa ölkələrində elektriklə işləyən nəqliyyat vasitələrinə qatarlar, təyyarələr daxildir. Azərbaycanda isə avtomobil parkının elektrokarlarla əvəzlənməsi üçün təxminən 10 il vaxt lazımdır. Avtomobil parkının daha tez yenilənməsi üçün vergi və gömrük rüsumlarına ciddi dəyişikliklərin edilməsi vacibdir. Nəticədə ölkəyə daha qənaətcil və dözümlü avtomobillər gətirilə bilər. Bununla yanaşı, ekoloji problemlər və iqtisadi amillərdə də müsbət nəticələr əldə etmək olar. Sərnişindaşımada xəttə elektriklə işləyən avtobusların buraxılmasına da ehtiyac var. Son üç ildə bu proses başlasa da, proses çox ləng gedir. Bunun səbəbi iqtisadi amillərlə bağlıdır. Fikrimcə, prosesin sürətlə getməsi üçün dövlət tərəfindən müəyyən dəstəyin göstərilməsi məqsədəuyğun olar”.

Qeyd edək ki, Azərbaycanda 1 yanvar 2022-ci ildən istismar ili iki ildən aşağı olan hibrid və elektrik mühərrikli avtomobillər ƏDV-dən azad edilir.

Gülşən Şərif

www.yenicag.az

326
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv