!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vergilər Nazirliyi şirkətimdən oğurluq edib” – Elşad Miri

!Reklam – Yazi

sdsfsff7Dinşünas Elşad Miri yenidən Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti İstintaq idarəsinə çağırılıb. Artıq bununla o 3-cü dəfədir ki, həmin idarəyə çağırılır.

Bununla bağlı olaraq E. Miri Yenicag.az-a müsahibə verib. Öncə həmsöhbətimiz bu çağırışların hansı məqsəd daşıdığına aydınlıq gətirdi.

– Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti İstintaq idarəsinə ilk çağırılan zaman müstəntiq mənimlə bir qədər kəskin danışmışdı. Həmin vaxt xaricə səfərim var idi. Hətta mənə demişdilər ki, təyyarədən düşəndə belə qolu qandallı gətirəcəklər. Mən də müstəntiqə meydan oxumuşdum ki, bacarırsınızsa buyurun, qanun çərçivəsində nədirsə, hər şeyi edin. Onlar hesabımızdan pul çəkiblər, həm də bunu ikiqat ediblər. Mən də onları məhkəməyə vermişəm, pul qaytarılmalıdır, çünki haqsız yerə çəkiblər. Məhkəməyə verəndə hakim burada imzamın olduğunu bildirdi. O sənədi göstərəndə dedim ki, bu imza mənə məxsus deyil. İkincisi, fiziki deyil, hüquqi şəxs kimi qeydiyyata alınmışam. Ona görə burada hüquqi şəxsin imzasından başqa, möhür də vurulmalıdır. Həmin sənəddə isə möhür olmayıb. Belə də onlar fikirləşib ki, Vergilər Nazirliyini indiyə kimi heç kəs məhkəməyə vermədiyindən indi də olmayacaq. Amma biz məhkəməyə verdik. Sonra ekspertizaya göndərildi. Oranın hüquqşünası mənə açıq bildirdi ki, prosesi uduzacaqlar, ona görə də məsələni sülh yolu ilə həll etməyə çağırdı. Bundan sonra yenə də xaricə səfərim oldu. Oradan gələndən sonra bildim ki, prosesi aparan hakim dəyişib. Sonra məlum oldu ki, uzanmağın səbəbi Vergilər Nazirliyindən gələn məsələ olub. Onlar mənim akta qol çəkməyimi və belədə prosesi öz xeyirlərinə bağlamaq istəyirlər ki, məhkəmədə avtomatik olaraq qüvvədən düşmüş olsun. Qüvvədən düşmədikdə isə  həmin saxta imza atan barədə vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, digər tərəfdan rəsmi sənəddə saxtakarlıq etməklə bağlı cinayət işi açılacaq. Ona görə də həmin şəxslər istəyirlər ki, sənədə qol çəkim və məsələ bağlansın. Onlara deyirəm ki, açdıqları cinayət işinin motivi də yoxdur. Guya vergidən yayınmışam. Amma onlar faktiki olaraq hesabımdan pulumu, özü də ikiqat çəkiblər. Onlar arxaya çəkilmək istəmir, bilirlər ki, həmin adama qarşı cinayət işi açacağam. Digər tərəfdən bunların da əlində heç bir əsas yoxdur, bağlaya bilmirlər. Müstəntiq də ehtiyat edərək, məsələni qabartmamağı tövsiyyə edir. Amma məsələ artıq qabarıb. Hazırda vergilər nazirinə məktub yazıb ona da bildirəcəyəm. Bir ildən çoxdur ki, evimdən də oğurluq ediblər. Onun da üstü hələ ki, açılmayıb. Bu dəfə isə göz görə-görə şirkətimdən oğurluq ediblər. Ona görə növbəti müraciəti prezidentə ünvanlayacağam. Aprel ayı ərəfəsində məsələ həll olunmasa ən son versiya olaraq prezidentə müraciət edəcəm.

– Siz yazmısınız ki, müstəntiqlə bağlı heç də məsələ onluq deyilmiş. Bəs kimlikdir? Kimdir, sizə qarşı atılan bu sifarişin arxasında duranlar?

– Müstəntiqin özünü aparması, danışığı ilə elə büruzə verir ki, məsələ onluq deyil, yuxarılıqdır. Bu gün saat 15-00-da əslində müstəntiqlə görüşümüz olacaqdı. Amma bu gün zəng edib bildirdi ki, təcili yuxarı çağırdıqlarına görə görüş başqa vaxtı olsun.

– Yəni düşünmürsnüz ki, həqiqətən də sizin məsələnizlə bağlı olaraq yuxarıda kimlərsə prosesi qurdalayır?

– Yuraxıda olan varsa, onun da başının üstündə Yuxarıdakı var. Şəffaf işlədiyimə tam əminəm. Adicə aldığımız qəndə qədər alarkən əlavə dəyər vergisini də ödəməklə alırıq. Ona görə də özümdən heç bir narahatlığım yoxdur. Həm evimdən, həm şirkətimdən oğurluq edildi, sabah özümü də oğurlaya bilərlər. Evimdən oğurluq olmamışdan əvvəl də ölümlə təhdid olunmuşdum. Həmin məsələm o zaman MTN-də nəzarətdə idi. Çünki mənimlə bağlı təhdidlər vardı. Həmin vaxtı MTN-ə məlumat verilmişdi, 10 gün sonra isə evimdən oğurluq oldu. Onlar nə işə baxırdı, bəlkə bunların da əlləri var? Belədə işin içində çox müəmmalı məsələlər mövcuddur. Ümid edirəm ki, Allah hər şeyin üstünü açacaq.

– Evinizdən o zamanlar konkret olaraq nələr oğurlanmışdı?

– Keçən ilin yanvarında  evimdən hardasa 30 min manat oğurlanıb. 4500 dollar, həyat yoldaşımın zinnət əşyaları, Azərbaycanda satışda olmayan, Amerikadan xüsusi olaraq gətirdiyim video kameralar, foto aparat, mikrofon da oğurlanmışdı. Ümumi məbləğ olaraq hardasa 60 min dollardan çox məbləğdə oğurluq olmuşdu. Bir dəfə çağırdılar ki, oğurluq hadisəsilə bağlı bir Gürcüstan vətəndaşını tutublar. Evimə gətirdikdə ona istiqamətləndirici suallar verdim və gördüm ki, onun evimlə bağlı ümumiyyətlə heç bir xəbəri yoxdur. Yəni oz yazığın boynuna atmaq istəyirdilər. Əl izləri ancaq tələbimdən 3 ay sonra götürülmüşdü. Yəni gördüm ki, oğurluq işinin içində peşəkar iş var. İşin peşəkar şəkildə təşkili çoxsaylı şübhələr yaradır. Bunu adi oğurluq kimi qələmə verməzdim.

– Bəs sizə qarşı yönələn bu kampaniyanın arxasında görəsən kimlər dayanır?  İşin işində MTN-nin bu gün həbsdə yatan işçilərinin əli də ola bilərdimi?

– Kimsə nə plan da qursa, nələr etsə də, Allahın qurduğu plan daha ucadır. Kimliyindən asılı olmayaraq iki variant var. 9 il əvvəl MTN gəlib ofisimi bağlayanda həmin zaman mətbuata açıqlama vermədim. Çünki dilimdən bununla bağlı iltizam almışdılar. Onlara dediyim sözü təkrar edirəm. Demişdim ki, mənə qarşı nə edə bilərsiniz? Ya həbs edə bilərsiz, ya öldürə bilərsiniz, ya da azad edərsiniz. Dedim ki, üçünə də hazır olan adamdan siz özünüz qorxmalısınız, mən yox. Onlar da bir insanın adını çəkərək ona güvənirsiniz dedilər. Dedim yox, ondan da yuxarıdakına, Allaha güvənirəm.

Elçin/Yenicag.az

www.yenicag.az

1789
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv