!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vergilər Nazirliyi torpaq vergisi üçün yeni kalkulyator hazırlayıb

!Reklam – Yazi

Vergilər Nazirliyi tərəfindən Azərbaycan ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fizki şəxslərin və müəssisələrin torpaq vergisinin hesablanması üçün zəruri olan torpağın təyinatı, coğrafi baxımdan yerləşdiyi ərazi, keyfiyyəti, torpaq vergisinin dərəcəsi və güzəşt hüququ kimi məlumatlara əsasən, torpaq vergisinin hesablanma mexanizmini özündə əks etdirən hesablayıcı-kalkulyator hazırlanıb. 

Bu barədə Yenicag.Az-a Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Nazirliyin açıqlamasına görə, xidmətdən istifadə etmək üçün nazirliyin rəsmi internet səhifəsində hər hansı formada qeydiyyatdan keçməyə ehtiyac yoxdur. İstənilən şəxs proqramı öz şəxsi kompüterinə yükləməklə sərbəst şəkildə istifadə edə bilər.

Qeyd edək ki, ölkə üzrə kənd təsərrüfatı təyinatlı torpaqların hər kvadratmetrinə görə 2 qəpik, Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqların hər kvadrat metri üçün 10 qəpik torpaq vergisi veriləcək.

Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndlərində sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqların hər kvadrat metrinə görə 8 qəpik, digər şəhər və rayon mərkəzlərində sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqların hər kvadrat metri üçün 4 qəpik, rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlərdə sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqların hər kvadrat metri üçün isə 2 qəpik müəyyən edilib.

Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üçün müxtəlif zonalar üzrə torpaq vergisi də fərqli təyin edilib.

 

Yenicag.Az

www.yenicag.az

836
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv