!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vergilər Nazirliyində yeni təyinat

!Reklam – Yazi

Vergilər Nazirliyində yeni təyinat olub.

Yenicag.az Report-a istinadən xəbər verir ki, nazir Mikayıl Cabbarov Manaf Bayramovu özünə yeni müşavir təyin edib.

O, vaxtilə Bakı Vergi Departamentinin rəisi olub. III dərəcəli vergi xidməti müşaviri 2005-ci ilin noyabrında keçmiş vergilər naziri Fazil Məmmədovun əmri ilə vəzifəsindən azad edilib. Həmin vaxt nazirlik M.Bayramovun işdən çıxarılmasına səbəb kimi onun nizam-intizam qaydalarını pozmasını, həmçinin 2005-ci ilin sentyabr-oktyabr ayları ərzində vergi daxilolmaları üzrə proqnozu yerinə yetirə bilməməsini göstərib. O, 2008-ci ildən ötən ilin sonuna qədər iqtisadiyyat naziri Şahin Mustafayevin müşaviri vəzifəsində çalışıb.

www.yenicag.az

2741
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv