Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib.
Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, müraciətdə Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət mərkəzlərinin həftənin şənbə günü, 12 yanvar 2019-cu il tarixdə, saat 10:00-dan 14:00-a qədər fəaliyyət göstərəcəyi qeyd olunub.
Həmin gün xidmət mərkəzlərində yalnız “Məcburi dövlət sosial sığortası üzrə” və “İşsizlik sığortası üzrə” rüblük hesabatlar və vergi bəyannamələrinin təqdim edilməsi ilə bağlı köməklik göstəriləcək.