Vergilər Nazirliyinin departament rəhbəri dəyişib

Vergilər Nazirliyinin rəhbərliyində kadr dəyişikliyi olub. Yeniçağ.Az  xəbər verir ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru vəzifəsinə Xəqani İsgəndərov təyin olunub.

Bunadək adıçəkilən vəzifəni İlqar Əhmədovu tutub.

Qeyd edək ki, İ.Əhmədov Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru olmaqla yanaşı vergilər nazirinin müşaviri də olub. Hazırda o müşavir kimi fəaliyyətini davam etdirir.

 

Yeniçağ.Az