Verilən güzəştli kreditlərin həcmi açıqlandı

Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 2 744 layihənin maliyyələşdirilməsinə 102,7 milyon manat güzəştli kredit verib.

Bu barədə Yenicag.az-a Fonddan bildirilib.

Məlumata görə, verilmiş kreditlər hesabına 1 556 yeni iş yerinin yaradılması nəzərdə tutulur.