Vertolyot çaya düşdü – Ölənlər var

Rusiyanın İrkutsk vilayətində “Robinson” vertolyotu Vitim çayına düşüb.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və 3 texniki vasitə cəlb edilib.

Qəzaya ilkin səbəb kimi helikopterin elektrik ötürücü xətlərə ilişməsi göstərilir.