!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vertolyot qəzaya düşdü – Sağ qalan yoxdur(Yenilənib)

!Reklam – Yazi

gggNorveç sahillərində vertolyot qəzaya uğrayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, vertolyot adəti üzrə insanları Şimal dənizindəki neft hasil edən platformaya aparırdı.

Hazırda dənizin ortasında insanların olduğu bildirilir. Norveç polisi tvitterdə məlumat verib ki, hadisə yerinə qəza xidməti göndərilib.

***

Norveçdə vertolyot qəzası nəticəsində ölənlərin qalıqları aşkarlanıb.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, qəzaya uğrayan vertolyot Statoil neft şirkətindən Berqen hava limanına doğru hərəkət edib. Vertolyotun göyərtəsində 11 neftçi və 2 heyət üzvünün olduğu ehtimal edilir. Hadisə şahidləri vertolyotun havada müvazinəti itirdikdən sonra yerə düşdüyünü və yandığını bildiriblər.

Polisdən verilən məlumata görə, hadisə yerində kiminsə sağ qalmasına dair əlamət yoxdur. “Polis qəza yerində ölənlərin qalıqları olduğunu təsdiqləyir, lakin onların sayı dəqiqləşdirilməyib”, – deyə yerli KİV-lər məlumat yayıb.

Hazırda qəza nəticəsində ölənlərin axtarışları davam etdirilir. Məlumata görə, Statoil şirkəti eyni model vertolyotların bütün uçuşlarını dayandırıb.

www.yenicag.az

752
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv