Vertolyot yoxa çıxdı

9426Rusiyada vertolyotlardan biri müəmmalı şəkildə yoxa çıxıb.

Məlumata görə, bu barədə Rusiya mətbuatı yazır.

Bildirilir ki, Moskvadan Nijeqorod vilayətinə uçan vertolyot təyin olunun yerə gedib çıxmayıb. Hüquq mühafizə orqanlarının açıqlamasına görə, vertolyotun içərisində ən azı 5 nəfər olub.

“Kstovo rayonuna 17:00 radələrində Eurocopter vertolyotu eniş edib. Lakin yoxa çıxan vertolyot “Everest” şirkətinə məxsus olub”, deyə açıqlama bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.