!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vəsait tapılsa, 10 minlərlə iş yeri açmaq mümkündür” – İqtisadçı ekspert

!Reklam – Yazi

isortami“Bu istiqamətdə islahatlara start verilsə və eyni zamanda azad təşəbbüskarlıq boğulmasa, ölkə kiçik və orta biznes üçün əlverişli şərait formalaşdırsa və investisiyaların düzəlməsinə təşviqedici tədbirlərə dəstək verilsə, həm də azad rəqabət resursları fəaliyyət göstərsə, həmin iş yerlərini özəl bölmələr aça bilər”.

Bu sözləri Yeniçağ.Az-a “Strateji Yol Xəritəsi”ndə 10 minə yaxın iş yerinin yaradılacağının proqnozlaşdırılmasını şərh edərkən iqtisadçı-ekspert Qubad İbadoğlu söyləyib. Ekspertin sözlərinə görə, dövlətin bu istiqamətdə kifayət qədər potensialı var:

” Hesab edirəm ki, “Strateji Yol Xəritəsi”nin həyata keçirilməsində nəzərdə tutulan 25-27 milyard manat vəsait tapılsa, 10 minlərlə iş yeri yaratmaq mümkündür. Yanaşma bundan ibarət idi ki, ümumiyyətlə, Azərbaycan əvvəlcə böhrandan çıxış üçün bir proqram hazırlamalı idi. Bizim “Azərbaycan Demokratiya və Rifahı Hərəkatı”nın da təqdim etdiyi sənəd tikinti sahəsi haqda ola bilərdi. Çünki bu ilin yanvar ayının 31-də hökumətə iqtisadiyyatda əsas və təxirəsalınmaz paketi təqdim etmişdik. Və həmin sənəd 1 il müddəti üçün nəzərdə tutulmuşdu. Hazırda yol xəritəsindən də önəmli olan yaxın iki ildə böhrandan çıxışı özündə əks etdirən təxirəsalınmaz tədbirlər paketinə ehtiyac var.

Qubad İbadoğlu ile ilgili görsel sonucuQeyd edim ki, ümumilikdə bu layihəni müsbət qarşılayıram:

“Ortada konsepsiya var. Müəyyən istiqamətdə tədbirlər planı nəzərdə tutulub, amma hər şey sənədlə bitmir. Sənədlə yanaşı digər şərtlər olmalıdır ki, iqtisadçılar üçün zəmin yaransın. Şərtlərdən siyasi iradəni, islahatçı komandanı və eyni zamanda ictimai dəstəyi, mətbuatı nəzərdə tuturam”.

Qeyd edək ki, 2020-ci ilədək olan dövr üçün müəyyən edilmiş hədəflərin reallaşması nəticəsində Azərbaycanda 2020-ci ildə real Ümumi Daxili Məhsulun birbaşa 168 milyon və dolayısı ilə 81 milyon manatadək artacağı, tikinti sektorunda 10 minə yaxın yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır. Bu barədə, Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsində deyilib.

Həmçinin bildirilib ki, bu istiqamətdə dövlət–özəl resursları hesabına 900 milyon manat həcmində investisiya tələb olunur.

Gülnarə Eynullaqızı
Yeniçağ.Az

www.yenicag.az

680
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv