Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Vətən bağı" Şəhidlər Parkı: "Xarı bülbül" və "Dəmir Yumruq" heykəllərinin qoyulmasını planlaşdırırıq" - Emin Tarverdiyev

“İnşallah, noyabrın 7-də, İkinci Qarbağ Müharibəsinin bitməsinin brinci ildönümündə “Xarı bülbül” və “Dəmir Yumruq” heykəllərinin qoyulmasını planlaşdırırıq”.

Bunu Tərtər şəhərində Vətən müharibəsinin ildönümü münasibətilə salınmış “Vətən bağı” Şəhidlər Parkının ideya müəllifi Emin Tarverdiyev Yenicag.az-a açıqlamasında deyib.

Emin Tarverdiyev qeyd edib ki, 2022-ci ildə ölkənin fərqli bölgələrində də layihənin davamı olaraq “Vətən bağı” Şəhidlər Parkı salınacaq:

“Çox adam sual verir ki, nə üçün Tərtərə üz tutmusunuz. Çünki 44 günlük Vətən savaşında Tərtər rayonu 16 mindən çox mərmi, güllə atılmış rayondur. Tərtər yeganə rayondur ki, hər iki Qarabağ savaşında 500-dən çox şəhid verib, lakin bu rayonun xüsusi şəhidlər xiyabanı yoxdur. Buna görə də Tərtər Rayon İcra Hakimiyyətinə müraciət etdik, fikrimizi alqışladılar, bizi rayona dəvət etdilər. 3 nəfərlik heyətlə rayonda olduq. Biz onların göstərdikləri yeri bəyəndikdən sonra işlər görülməyə başladı. 44 günlük Vətən savaşının başlamasının birinci ildönümündə 50-dən çox şəhid ailəsi və qazilərimiz ilə birlikdə oraya getdik və “Vətən bağı” Şəhidlər Parkının açılışını gerçəkləşdirdik. İnşallah, noyabrın 7-də, İkinci Qarbağ Müharibəsinin bitməsinin brinci ildönümündə “Xarı bülbül” və “Dəmir Yumruq” heykəllərinin qoyulmasını planlaşdırırıq. Artıq bu istiqamətdə işlər başlayıb.

Önümüzdəki ildə də fərqli rayonlarda “Vətən bağı” Şəhidlər Parkının salınmasını da planlaşdırırıq”.

Aqil Bəkir

www.yenicag.az

234
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100