Vətən müharibəsi haqqında yeni sənədli film: “Başladıq” – FOTOLAR

44 günlük Vətən müharibəsindən bəhs edən yeni sənədli filmin istehsalına başlanılıb.

Yenicag.az xəbər verir ki, “Nova Gorica” kino mərkəzi tərəfndən layihələndirilən “Başladıq” adlı sənədli film Vətən Müharibəsinin arxa cəbhəsindən bəhs edir. Filmin çəkilişləri Bakı, Füzuli və Tərtər rayonunda aparılıb, çəkilişlər davam edir.

Filmin ssenari müəllifi Yağmur Firuz, rejissoru Aydan Əhmədova, operatoru Rafiq Əliyev, bədii rəhbəri Tahir Tahiroviç , prodüseri Emin Tarverdiyevdir.